Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azerbaycanda xususi karantin rejiminin muddeti uzadilib
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.