Azərbaycanda “Uşaq hüquqları haqqında” yeni qanun qəbul ediləcək
Azərbaycanda “Uşaq hüquqları haqqında” yeni qanun qəbul ediləcək.
Zeferinfo.az-ın məlumatına görə, bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.
Qanun layihəsi yanvarın 28-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitələrində ilkin müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, hazırda qüvvədə olan 19 may 1998-ci il tarixli “Uşaq hüquqları haqqında” Qanun da mövcuddur.