Azərbaycanda üç ildə mina problemi ilə bağlı layihələrə 356 min manata yaxın maliyyə ayrılıb

2021-2024-cü illər ərzində mina problemi ilə bağlı 24 layihəyə 355 min 500 manat maliyyə dəstəyi göstərilib.
Zeferinfo.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı deyib.
Onun sözlərinə görə, Azərbaycan da ən çox mina problemi ilə üzləşən ölkələr sırasındadır:
“Postmünaqişə dövründə 383 vətəndaşımız mina partlayışında həyat və sağlamlıqlarını itirib, ümumilikdə isə Azərbaycanda 4 000 yaxın mina qurbanı var”.