2025-ci ilin əvvəlinə olan məlumata əsasən, ölkədə 68 narkoloq fəaliyyət göstərir.
Zeferinfo.az xəbər verir ki, bu, “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb.
Belə ki, bu rəqəm, 2023 və 2021-ci illərdə 67 nəfər, 2016-cı ildə 91 nəfər, 2011-ci ildə isə 89 nəfər olub.
Statistik göstəricilərə əsasən, ötən ilə nəzərən narkoloqların sayında artım olsa da, son 14 ildə narkoloqların sayı azalıb.