Azərbaycanda investisiya layihələrinin reytinqi müəyyən ediləcək və onlar prioritetləşdiriləcək
Zeferinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi yeni Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nda öz əksini tapıb.
Sənədə əsasən, reytinqin müəyyən edilməsini və bunun əsasında prioritetləşdirməni İqtisadiyyat Nazirliyi ölkənin investisiya siyasətinin əsas istiqamətlərini və prioritetlərini nəzərə almaqla həyata keçirir.
İnvestisiya layihələrinin reytinqi aşağıdakı meyarlar əsasında müəyyən edilir:
- investisiya layihələrinin əhəmiyyəti və ölkənin strateji sənədlərlə müəyyən edilmiş dayanıqlı sosial-inkişaf məqsədlərinə, istiqamətlərinə və prioritetlərinə, eləcə də ölkə Prezidentinin müəyyən etdiyi prioritetlərə uyğunluğu;
- investisiya layihələrinin icrasından gözlənilən sosial və iqtisadi təsir;
- yaradılan yeni iş yerlərinin sayı və növü;
- faydanın bölgüsü;
- sifarişçi təşkilat tərəfindən müəyyən edilmiş prioritetlər;
- investisiya layihəsinin ölkənin tədiyə balansına təsiri;
- sifarişçi təşkilat tərəfindən əlavə maliyyələşdirmə mənbələrinin cəlb edilməsi.