Azərbaycanda ilk dəfə Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə 4-9 mart 2025-ci il tarixində görkəmli Azərbaycan bəstəkarı, əbədiyaşar Fikrət Əmirovun adını daşıyan Gəncə Dövlət Filarmoniyasının təqdimatında Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı baş tutacaq.
Zeferinfo.az xəbər verir ki, festival çərçivəsində Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş elmi seminar, bəstəkarın əsərlərindən ibarət konsert proqramları, "Gəncənin döyünən ürəyi" adlı film və kitabın təqdimatı, "Sevil" operası, "Min bir gecə" baleti nümayiş etdiriləcək.
Tədbirlər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi və digər məkanlarda keçiriləcək.
9 mart tarixində baş tutacaq festivalın təntənəli bağlanış mərasimi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yaradılmasının 90 illik yubileyinə həsr olunacaq.
Biletləri Mərkəzləşdirilmiş və "ASAN XİDMƏT"in kassalarından və ITICKET.AZ saytından onlayn əldə edə bilərsiniz
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az