Azərbaycanda “İlin vəkili” seçildi

Azerbaycanda “Ilin vekili” secildi

Fəaliyyətləri dövründə fərqlənən, habelə yubileylərini qeyd edən Vəkillər Kollegiyasının bir qrup üzvü təltif olunub.

Zeferinfo.az xəbər verir ki, 28 dekabr - Vəkil Günü münasibəti ilə keçirilən tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov onları təltif edib.
Belə ki, 2024-cü il ərzində pulsuz hüquqi yardım aksiyalarında fəal iştirakına görə Şəki Regional Vəkil Bürosu, il ərzində müqavilələrin elektron bağlanılmasında fəallığına görə birinci yerə layiq görülmüş Bakı şəhər 20 saylı Vəkil Bürosu, ikinci yerə layiq görülmüş Bakı şəhər 11 saylı Vəkil Bürosu və üçüncü yerə layiq görülmüş Gəncə şəhər 1 saylı Vəkil Bürosu “İlin vəkil qurumu” mükafatı ilə təltif edilib.

İl ərzində cinayət işləri üzrə ən çox bəraət əldə edən Lənkəran rayon Vəkil Bürosunun vəkili İbarət Həsənov “İlin vəkili”, il ərzində Kollegiyanın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Elektron vəkil komitəsi "İlin vəkil komitəsi", il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “HGNS” Vəkil Bürosunun müdiri, Elektron vəkil komitəsinin sədri Nihad Əliyev “İlin təlimçi vəkili” elan olunub.