Azərbaycanda İƏT-in Zirvə görüşü keçiriləcək

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünə ev sahibliyi edəcək.
Zeferinfo.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə deyib.
Onun sözlərinə görə, qarşıdakı dövrdə Azərbaycan üçün mühüm tədbirlər gündəmdədir:
“Sonrakı iki ildə Azərbaycanın İƏT-ə sədrliyi reallaşacaq. Eyni zamanda Qlobal Şəhərsalma Forumu və s. tədbirlərin də Bakıda keçirilməsi gözlənilir. Bu tədbirlər Azərbaycanın önəmini artıracaq faktorlardır”.
Y.Rəfiyev həmçinin bildirib ki, 2030-cu ilədək dünyanın ən böyük iqtisadiyyatına sahib dörd dövlətdən üçünün Qlobal Cənub ölkəsi olacağı proqnozlaşdırılır.