Azərbaycanda ən böyük yarımstansiyalarından biri tikilir

Ölkədə tikilən 2 qeqavat bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün respublikanın ən böyük yarımstansiyalarından biri tikilir. “AzərEnerji” tərəfindən 500/330 kilovoltluq yeni “Nəvai” yarımstansiyası inşa edilir və ordan ölkənin müxtəlif istiqamətlərinə yüksəkgərginlikli ötürmə xətləri çəkilir. Yeni tikilən yarımstansiya və yeni çəkilən 500 və 330 kilovoltluq yüksəkgərginlikli xətlər ötürücü sistemdə yeni mərhələnin başlamasıdır.
“AzərEnerji”dən Zeferinfo.az-a verilən məlumata görə, qeyd olunan layihə iki mərhələdən ibarətdir.
Bu böyük enerji layihəsinin ikinci mərhələsində isə Dünya Bankının maliyyələşdirilmə hissəsinə start verilməsi nəzərdə tutulur. Dünya Bankının krediti hesabına “Nəvai” yarımstansiyasının 500 kilovoltluq tərəfinin və yarımstansiya üçün transformator və əlaqəli avadanlıqların alınması və quraşdırılması, habelə adıçəkilən yarımstansiyadan Mingəçevirə 500 kilovoltluq, o cümlədən Ələt, Abşeron, və Qobuya 330 kilovoltluq ötürmə xətlərinin tikintisi həyata keçiriləcək. Bu mərhələnin isə 3 il müddətinə icra olunması nəzərdə tutulub.