Azərbaycanda dövlətə məxsus kredit təşkilatının yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Zeferinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda dövlətə məxsus kredit təşkilatının yenidən təşkili və ləğvinə prezident qərar verəcək.
İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyinin təklifi əsasında kredit təşkilatının nizamnaməsinin təsdiq edilməsi, nizamnamə kapitalının müəyyən edilməsi məsələlərini prezidentlə razılaşdırmalı olacaq.