Azərbaycanda dəmir yolu ilə yük və sərnişin daşımalarının həcmi açıqlanıb

Azerbaycanda demir yolu ile yuk ve sernisin dasimalarinin hecmi aciqlanib

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-may aylarında 7,1 milyon ton yük, 3,882 milyon sərnişin daşınıb.

Bu barədə Zeferinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə, yük daşınmasında 7,7 faiz azalma, sərnişin daşınmasında isə 18,8 faiz artım müşahidə olunub.

Qeyd edək ki, hesabat dövründə ölkədə ümumilikdə yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq 3 faiz və 5,9 faiz artıb.

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 96,8 milyon ton yük daşınıb. Yüklərin 3,9 faizi dəniz, 7,3 faizi dəmir yolu, 0,2 faizi hava, 59,9 faizi avtomobil nəqliyyatı, 28,7 faizi isə boru kəməri ilə daşınıb.