Azərbaycanda cəza çəkən 4 erməni Ermənistana təhvil verilib

Azerbaycanda ceza ceken 4 ermeni Ermenistana tehvil verilib

Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilib.

Zeferinfo.az-ın məlumatına görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan facebook səhifəsində paylaşım edib.

O bildirib ki, həmin şəxslər Həkəri körpüsü vasitəsilə təhvil verilib.

Qeyd edək ki, bu proses həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinin praktiki nəticələrindən biridir.

Xatırladaq ki, 2020-ci ildə saxlanılan Eulcekcian Viken Abraham Livandan Qarabağa döyüşlərdə iştirak etmək üçün muzdlu gəlməsi müəyyən edilib. 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin hökmü ilə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib.

Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç 2020-ci illdə saxlanılıblar. Onlar barəsində Azərbaycan Cinayət Məcələsinin 276-cı (casusluq) maddəsi ilə ittiham elan edilib. 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 15 il müddətə azadlıqdan məhrum ediliblər.