Azərbaycanda “Aviasiya haqqında” qanun dəyişib

Prezident İlham Əliyev Aviasiya haqqında Qanununda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Zeferinfo.az xəbər verir ki, Fərmana əsasən, müəyyən edilsin ki:
“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
Həmin Qanunun 1.1.2-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
Dövlət başçısı müvafiq Fərmanın icrası ilə bağlı Qanunu təsdiqləyib.