Azərbaycanda 9 ayda dövlət satınalmalarına dair 1 514 protokol ləğv edilib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda satınalan təşkilatlardan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 9 831 yekun protokol təhlil edilib.
Bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunmuş 1 514 yekun protokol ləğv edilib.