Azərbaycanda 58 kişi qadın zorakılığına məruz qaldı

Azerbaycanda 58 kisi qadin zorakiligina meruz qaldi

Ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb.

Zeferinfo.az xəbər verir ki, bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.

Bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarında 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Onlardan 58-i kişi, 272-si isə qadınlar tərəfindən edilib.