Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib

Azerbaycanda 2026-ci ilin bayram gunleri mueyyen edilib

2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.

Zeferinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

2026-cı il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı, mayın 27, 28-i Qurban bayramı günləri müəyyən edilib.

Həmin günlər iş günü hesab edilmir.