Azərbaycanda 11 ayda 219, 5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Azerbaycanda 11 ayda 219, 5 milyon manatliq narkotik dovriyyeden cixarilib

2025-ci ilin yanvar-noyabr ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 8 ton 334 kq 712,932 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 573 min AZN kimi qiymətləndirilir.

Zeferinfo.az  xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.

Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5117 nəfər cəlb edilmiş, onlardan 4961 kişi, 156 qadın olub.