Azərbaycana qarşı aparılan mənfi təbliğatın qarşısının alınması məqsədilə birgə fəaliyyət planı hazırlanacaq

Azerbaycana qarsi aparilan menfi tebligatin qarsisinin alinmasi meqsedile birge fealiyyet plani hazirlanacaq
Azərbaycan dövlətinin beynəlxalq imicinə, tarixinə və mədəniyyətinə qarşı aparılan mənfi təbliğatın qarşısının alınması və neytrallaşdırılması məqsədilə qurumlararası birgə fəaliyyət planı hazırlanacaq.

Zeferinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda əksini tapıb.

Konsepsiyaya əsasən, 2026-2030 -cu illərdə NK MdN, XİN, digər aidiyyəti dövlət orqanları (qurumları) bunu təmin etməlidir.