Azərbaycan XİN Türkiyəni Zəfər bayramı münasibətilə təbrik edib

Azerbaycan XIN Turkiyeni Zefer bayrami munasibetile tebrik edib

Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də Türkiyəni Zəfər bayramı münasibətilə təbrik edib.

Zeferino.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Qardaş Türkiyənin İstiqlal müharibəsinin həlledici qələbəsini, türk xalqının qətiyyəti və iradəsini simvolizə edən 30 avqust - Zəfər bayramı münasibətilə Türkiyə dövləti və xalqını ürəkdən təbrik edir, qardaşlıq və müttəfiqlik telləri ilə bağlı olduğumuz Türkiyəyə daim yeni zəfərlər arzu edirik. 30 avqust Zəfər bayramın mübarək, Türkiyə!",-məlumatda qeyd olunub.