Azərbaycan XİN: BMT və digər təşkilatlarda dəyişikliklər vacibdir

Azerbaycan XIN: BMT ve diger teskilatlarda deyisiklikler vacibdir
“Azərbaycan bu gün çoxtərəfli əməkdaşlığa önəm verir”.

Zeferinfo.az-ın xəbərinə görə, bu barədə XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Çoxqütblü Dünya üçün Multilateralizmə Yenidən Baxılması” mövzusunda paneldə xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Milli maraqlarımızı müdafiə etməyə çalışırıq. Eyni zamanda, digər tərəflərin də maraqlarına hörmət edirik. Burada əsas məsələ bir-birinin daxili işlərinə qarışmamaqdır. BMT Təhlükəsizlik Şurasının tərkibi daha çox 40-cı ilin reallıqlarını özündə əks etdirir. İdeoloji islahatlar da aparılmalıdır. Dərin parçalanmanın aradan qaldırılması üçün spesifik məsələlər müzakirə edilməlidir. Bu gün BMT və digər təşkilatlarda dəyişikliklər vacibdir”, - nazir qeyd edib.