Azərbaycan XİN başçısı Mustafa Destici ilə TDT-də prioritetlər ətrafında fikir mübadiləsi aparıb

Azerbaycan XIN bascisi Mustafa Destici ile TDT-de prioritetler etrafinda fikir mubadilesi aparib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin üzvü, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticini qəbul edib.

Bu barədə Zeferinfo.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Tərəflər parlamentlərarası əlaqələrin, həmçinin siyasi partiyalar səviyyəsində təmasların iki qardaş ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət etdiyini qeyd ediblər.

Görüşdə, həmçinin, regional təhlükəsizlik məsələləri, post-münaqişə dövründə bölgəmizdə vəziyyət, bərpa-quruculuq işləri, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq əlaqələri, Türk Dövlətləri Təşkilatında prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.