"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin 5 gəmisi sanksiyalara məruz qalıb
2023-2024-cü illərdə Xəzər dənizindən kənar hövzələrdə fəaliyyət göstərmək məqsədilə 4 Aframax tipli gəmi alınıb.
Zeferinfo.az "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin 2024-cü il üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, 2025-ci il ərzində isə bilavasitə şirkətə məxsus olan iki gəmi və birgə müəssisə olan SA Maritime AFZECO vasitəsilə sahib olduğu üç gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiyalarına məruz qalıb.
Bildirilir ki, rəhbərlik hüquqi araşdırmaya başlayıb və Şirkətin və onun birgə müəssisəsinin müvafiq sanksiyaları pozmadığını sübut etmək üçün apelyasiya müraciəti hazırlayır. Bu konsolidə edilmiş maliyyə hesabatlarının dərc edildiyi tarixə apelyasiyanın nəticəsi və vaxtı qeyrimüəyyən olaraq qalır. Sanksiyaların Qrupun gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə təsiri əhəmiyyətli ola bilər. Rəhbərlik vəziyyəti ciddi nəzarətdə saxlayır və gedişatdan asılı olaraq müvafiq tədbirlər görəcək.