Azərbaycan və Türkiyə XİN başçılarının müavinləri təhlükəsizlik məsələlərini müzakirə edib

Azerbaycan ve Turkiye XIN bascilarinin muavinleri tehlukesizlik meselelerini muzakire edib

Türkiyə–Azərbaycan siyasi məsləhətləşmələri çərçivəsində Bakıya səfəri zamanı Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ilə görüşərək təhlükəsizlik məsələlərini müzakirə edib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Türkiyə–Azərbaycan münasibətləri, çoxtərəfli əməkdaşlıq, eləcə də hərbi və təhlükəsizlik məsələləri müzakirə olunub.