Zeferinfo.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycanda yeni təyin olunan səfiri Birol Akgün bu gün Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyev və Qafqaz İslam Ordusunun komandiri olan Nuru Paşa və şəhidlərimizin mənəvi hüzurunda olmaqdan qürur duyur:
“Şəhidlərimizi rəhmətlə anıram. Türkiyə və Azərbaycan çətin günlərdə bərabər olublar. İkinci Qarabağ müharibəsində hadisələri Türkiyədən yaxından izlədik. Bundan əlavə, 6 fevral zəlzələsində qardaşlarımızın yardımsevərliyini unutmyacağıq.
Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin güclü liderlikləri və qardaşlığı ilə müttəfiqliyimizi daha da gücləndirəcəyik", - o bildirib.