Azərbaycan və Türkiyə arasındakı bağ çox dərin və köklüdür

Azerbaycan ve Turkiye arasindaki bag cox derin ve kokludur

Azərbaycan və Türkiyə arasındakı bağ çox dərin və köklüdür. Bağlarımızı daha da möhkəmləndirmək adına bu gün burada toplaşmışıq.

Zeferinfo.az xəbər verir ki, bunun Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Xəzər Universitetində tələbələrlə baş tutan görüşün məqsədi iki ölkə arasında bağları dərinləşdirmək və gənclərlə fikir mübadiləsi aparmaqdır:

"Bu il Türkiyədə ailə ili elan edilib. Bu gün burada da toplaşmaqda əsas məqsəd gəncələrə də ailənin önəmini vurğulamaq və onların inkişafında rolumuzun olmasına çalışmaqdır. Gənclərlə bir araya gəlməkdə çox xoşbəxtik".