Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında turizm əlaqələri müzakirə olunub

İyulun 31-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib.
Görüşdə Fuad Nağıyev Azərbaycanın turizm potensialı və mövcud turizm destinasiyaları, turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib. Tərəflər ikitərəfli münasibətlərin gücləndirilməsində turizmin əhəmiyyətini vurğulayıblar. Eləcə də turizm sahəsində əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.
Səfir İssam bin Saleh əl-Cuteyli Səudiyyə Ərəbistanı Krallığının turizm naziri və BMT Turizm Təşkilatının Baş katibi adından Dövlət Turizm Agent…
[15:56, 07.08.2025] Gulnar Mustafayeva D. T. A. Mətbuat Xidməti: Türkmənistanda keçirilən beynəlxalq tədbirdə Azərbaycan milli kulinariya ənənələri nümayiş olunub
Türkmənistanda keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində təşkil olunan “Azərbaycan Milli Günləri”də Dövlət Turizm Agentliyi və tabeliyindəki Milli Kulinariya Mərkəzi tərəfindən milli kulinariya nümunələri təqdim edilir.
Avaza Milli Turizm Zonasında keçirilən tədbirin sərgi zonasının kulinariya bölməsində milli mətbəximizin ənənəvi yeməkləri və milli şirniyyatları, həmçinin kulinariya ənənələri nümayiş olunur.
Avqustun 8-dək davam edəcək tədbirdə ziyarətçilərə stendin konsepsiyasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan milli qastronomiya elementləri və Türkmənistanla mədəni oxşarlıqları bölüşən kulinariya nümunələri əsasında hazırlanması, eləcə də dayanıqlılıq elementləri nəzərə alınaraq hazırlanması haqqında məlumat verilib, çörəkbişirmə ənənələri üzrə türkmən xalqının mətbəx mədəniyyəti ilə oxşarlıq təşkil edən qutab və təndir kimi mətbəx nümunələri vurğulanıb.