Azərbaycan və Qazaxıstan baş nazirləri bir-birilərinə başsağlığı veriblər

Azerbaycan ve Qazaxistan bas nazirleri bir-birilerine bassagligi veribler

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov “Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı bir-birilərinə başsağlığı veriblər.

Zeferinfo.az xəbər verir ki, baş tutmuş telefon təması zamanı Ə.Əsədov həmin faciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanın hökumətinə və xalqına təşəkkürünü bildirib.

Hökumət başçıları bir-birilərinə, həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına, həmçinin hər iki ölkənin xalqına başsağlıqlarını ifadə ediblər.

Back To Top