Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü olub.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıması məmnunluqla vurğulandı, enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq müzakirə olundu, beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.