Azərbaycan və Koreya mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
Azərbaycan və Koreya mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Zeferinfo.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Koreya Respublikasına işgüzar səfər çərçivəsində Koreya Mərkəzi Bankının sədri Çanq Yonq Ri ilə görüşüb.
Görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, dayanıqlı maliyyə məsələlərini müzakirə edilib. Bundan əlavə, sektorda texnoloji həllərin və yanaşmaların tətbiqi, dair təcrübələri nəzərdən keçirilib.
Görüşdə həmçinin Azərbaycan və Koreya mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mərkəzi bankçılıq sahəsində təcrübə və biliklərin paylaşılmasına dair fikir mübadiləsi aparılıb.