Azərbaycan və Keniya XİN başçılarının geniş tərkibdə görüşü olub

Azerbaycan ve Keniya XIN bascilarinin genis terkibde gorusu olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə geniş tərkibdə görüşü olub.

Zeferinfo.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında məlumat yayılıb.

Bildirilib ki, BMT, Qoşulmama Hərəkatı və COP29 kimi çoxtərəfli platformalarda yaradılmış səmərəli tərəfdaşlıq əsasında, parlament diplomatiyasından iqtisadi və ticarət əməkdaşlığına, humanitar və mədəni mübadilələrə qədər müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün son dövrlərdə siyasi dialoq və qarşılıqlı yüksək səviyyəli səfər dinamikasının davam etdirilməsi zəruridir.

Bu kontekstdə, Azərbaycanın Keniyadakı səfirliyinin rəsmi açılışı, dövlətlərarası münasibətlərin inkişafında yeni bir təkan qüvvəsi kimi böyük əhəmiyyət daşıyır.

Görüşdə münaqişədən sonrakı vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, azad edilmiş ərazilərin bərpası, keçmiş azərbaycanlı qaçqınların geri qayıtması, humanitar minatəmizləmə fəaliyyətləri də müzakirə edilib.