Azərbaycan və İtaliya “yaşıl gələcəy"in perspektivlərini müzakirə ediblər

Azərbaycan və İtaliya ekoloji dayanıqlıq və enerji səmərəliliyi sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.
Bu barədə Zeferinfo.az İtaliyanın Bakıdakı səfirliyinin sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir.
"İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev ilə səmərəli görüş keçirib. Tərəflər ekoloji dayanıqlıq və enerji səmərəliliyi sahəsində əməkdaşlığın perspektivlərini ətraflı müzakirə ediblər", - səfirlikdən bildirilib.