Azərbaycan və İtaliya HHQ-nin əməkdaşları arasında ekspert görüşü keçirilib

Azerbaycan ve Italiya HHQ-nin emekdaslari arasinda ekspert gorusu kecirilib
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2024-2025-ci illər üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planı"na əsasən hər iki ölkənin Hərbi Hava Qüvvələri (HHQ) arasında əməkdaşlıq sahəsi üzrə ekspert görüşü keçirilib.

Müdafiə Nazirliyindən Zeferinfo.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İtaliya HHQ-nin hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Ekspert görüşü zamanı qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

Azərbaycan və İtaliya HHQ-nin əməkdaşları arasında ekspert görüşü keçirilib