Azərbaycan və İsrail arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Azerbaycan ve Israil arasinda ikiterefli iqtisadi emekdasligin inkisafi muzakire olunub

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Maliyyə Nazirliyinin rəhbəri və Azərbaycan‑İsrail Hökumətlərarası Birgə Komissiyasının həmsədri Zeev Elkin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər.

Zeferinfo.az xəbər verir ki, bu barədə nazir rəsmi "X" səhifəsində paylaşım edib.

“İsrail Dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin Maliyyə Nazirliyində nazir, Azərbaycan – İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkin ilə görüşməkdən məmnun olduq.

Azərbaycan – İsrail Birgə Komissiyasının fəaliyyəti, ikitərəfli iqtisadi əlaqələrin perspektivləri və biznes tərəfdaşlığının potensialının reallaşdırılması barədə fikirlərimizi bölüşdük”,- paylaşımda qeyd olunub.