Azərbaycan və İsrail arasında elm sahəsində əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu imzalanıb

Azerbaycan ve Israil arasinda elm sahesinde emekdasliq proqramina dair Anlasma Memorandumu imzalanib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfəri çərçivəsində innovasiya, elm və texnologiya naziri Qila Qamliel ilə görüş keçirib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında innovasiya, süni intellekt, kibertəhlükəsizlik, kosmos sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri müzakirə olunub. 

Nazir Rəşad Nəbiyev İsrailin texnoloji şirkətlərini Azərbaycanda ofislər açmağa, biliyə əsaslanan istehsal müəssisələri, İT tədris mərkəzləri və yüksək texnologiyalar sahəsində Mükəmməllik Mərkəzi yaratmağa dəvət edib.

Görüşün nəticəsi olaraq iki ölkə arasında elm sahəsində əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu imzalanıb.