Azərbaycan və İran sərhədyanı mobil rabitənin tənzimlənməsini müzakirə edib

Bu barədə Zeferinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Məlumata görə, görüşdə Azərbaycan tərəfindən Nazirliyin, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin, Dövlət Radiotezliklər İdarəsinin və mobil rabitə operatorlarının mütəxəssisləri iştirak ediblər.
Görüşdə Azərbaycan və İranın sərhədyanı ərazilərində mövcud və perspektivdə olan mobil rabitə şəbəkələrinin tənzimlənməsi məsələləri geniş müzakirə edilib, zəruri texniki razılaşmalar əldə olunub.
Həmçinin TV və FM radio yayımları, 700/800 MHs zolaqların boşaldılması üzrə 10-12 iyun 2025-ci il tarixində Bakı şəhərində əldə olunan razılaşmalar çərçivəsində görülən işlər müzakirə edilib.
Qeyd olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.