Azərbaycan və İran gömrük əməkdaşlığını gücləndirəcək

Azerbaycan ve Iran gomruk emekdasligini guclendirecek
Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov İran İslam Respublikasının ölkəmizdəki səfiri Moctəba Dəmirçilu ilə görüşüb.

Zeferinfo.az xəbər verir ki, görüşdə iki ölkənin gömrük xidmətləri arasındakı münasibətlərdən, iqtisadi əlaqələrin gücləndirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında gömrük orqanlarının rolundan bəhs edilib.

Həmçinin bir müddət bundan öncə Bakıda keçirilən Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan görüşdə müzakirə olunan gömrük məsələlərinə aid mövzular ətrafında fikir mübadiləsi aparılıb, hər iki ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması, beynəlxalq ticarətin və tranzitin asan, sürətli şəkildə həyata keçirilməsi, xüsusilə məlumat mübadiləsinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.