Azərbaycan və İordaniya gömrük işi sahəsində əməkdaşlıq edəcək

Azerbaycan ve Iordaniya gomruk isi sahesinde emekdasliq edecek

Azərbaycan və İordaniya gömrük işi sahəsində əməkdaşlıq edəcək.

Zeferinfo.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yanvarın 21-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə ediləcək.