Azərbaycan və Gürcüstan XİN başçıları arasında geniş tərkibdə görüş başlayıb (FOTO)
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili araslnda geniş tərkibdə keçirilir.
Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar istiqamətləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirsi aparılır.