Azərbaycan və Ermənistan arasında sülhün bağlanmasını səmimi qəlbdən arzulayırıq - Lavrov

Azerbaycan ve Ermenistan arasinda sulhun baglanmasini semimi qelbden arzulayiriq - Lavrov

Rusiya səmim qəlbdən Ermənistan və Azərbaycana sülh müqaviləsinin bağlanmasında uğurlar arzu edir və belə bir sənədin hazırlanması və imzalanmasında tərəflərə hər cür yardım göstərməyə hazırdır.

Zeferinfo.az rus KİV-lərinə istinadən xəbər verir ki, bunu bu gün Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirib.

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır, biz onlara səmimi qəlbdən uğurlar arzulayırıq. Aydındır ki, müqavilə bir neçə Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli zirvə toplantılarının sayəsində mümkün olub. Tərəflər bunda maraqlı olarlarsa biz bundan sonrada vasitəçilik göstərməyə hazırıq”, - deyə Lavrov bildirib.