Zeferinfo.az xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi məlumat yayıb.
Görüş zamanı Qarabağ və Şərqi Zəngəzurda icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə qonağa məlumat verilib.
Görüşdə, iki ölkə arasında mina təhlükəsi ilə mübarizə sahəsində gələcək əməkdaşlıq imkanları, minaaxtaran itlər üzrə təlim proqramlarının və təcrübə mübadiləsinin təşkili, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.