Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev belaruslu həmkarı general-mayor Pavel Muraveyko ilə görüşüb.
Bu barədə Zeferinfo.az-a Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
"Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin intensivləşdirilməsi yolları müəyyənləşdirilib", - məlumatda bildirilib.
Qeyd edək ki, K.Vəliyev hazırda Belarusda səfərdədir.