Zeferinfo.az-ın məlumatına görə, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev "Mədəniyyət və hüquq: müasir çağırışlar" forumunda paneldə çıxışı zamanı deyib.
O, UNESCO-nun işğal dövründə Qarabağ və Şərqi Zəngəzura missiya göndərməməsinə də diqqət çəkib:
"Qarabağ və Şərqi Zəngəzurda işğal dövründə mədəni irsin məhv edilməsi, adlarının və tarixinin saxtalaşdırılması, təyinatlarının dəyişdirilməsi ilə bağlı müraciət də ünvanlanmışdı. Lakin UNESCO lazımi missiyanı ölkəmizə göndərə bilməyəcəyini, buna Ermənistan tərəfinin mane olduğunu etiraf etmişdi".