Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir

Azerbaycan, Turkiye ve Gurcustan mudafie nazirlerinin gorusu kecirilir
Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli toplantısı keçirilir.

Zeferinfo.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir Yaşar Gülər əvvəlcə Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşüb. Daha sonra o, Gürcüstan müdafiə naziri İrakli Çixovani ilə də ikitərəfli görüş keçirəcək.

Görüşlərdə regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

 
  
Back To Top