Azərbaycan–Türkiyə Sağlamlıq Turizmi üzrə Onlayn Konfrans-Görüş Keçirilmişdir

Azerbaycan–Turkiye Saglamliq Turizmi uzre Onlayn Konfrans-Gorus Kecirilmisdir

Azərbaycan–Türkiyə Sağlamlıq Turizmi üzrə Onlayn Konfrans-Görüş Keçirilmişdir.

22 yanvar tarixində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və SKAL International Baku Klubunun rəsmi dəstəyi, Trabzon İmperial XəstəxanasınınAydın Partners şirkətinin təşkilatçılığı ilə Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans-görüş keçirilmişdir.

Görüş zamanı Trabzon İmperial Xəstəxanasının nümayəndələri ilə Azərbaycan və Türkiyə arasında sağlamlıq turizmi sahəsində mövcud imkanlar, əməkdaşlıq perspektivləri və tibbi xidmətlər ətrafında geniş müzakirələr aparılmışdır.

Konfrans çərçivəsində aşağıdakı mövzular diqqət mərkəzində olmuşdur:

  • Ən çox tələb olunan tibbi sahələr, o cümlədən:
    • Kardiologiya və ürək-damar cərrahiyyəsi
    • Ortopediya və travmatologiya
    • Plastik və estetik cərrahiyyə
    • Onkologiya
    • Check-up proqramları
  • Azərbaycanlı pasiyentlər üçün xüsusi müalicə paketləri və təkliflər
  • Pasiyentlərin qəbul prosesi:
    • müraciət
    • diaqnostika
    • müalicə
    • reabilitasiya
  • Qiymət siyasəti və sığorta imkanları
  • Viza, transfer, yerləşmə və logistika dəstəyi
  • İki ölkə arasında agentlik və klinik əməkdaşlıq modelləri
  • Marketinq və birgə tanıtım strategiyaları
  • Pasiyent məmnuniyyəti, keyfiyyət standartları və beynəlxalq sertifikatlar

Konfransın sonunda keçirilən sual-cavab sessiyasında hər iki ərəfinin nümayəndələri aktiv iştirak etmiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Görüş zamanı 2026-cı ildə beynəlxalq platformalarda birgə iştirak, eləcədə  qarşılıqlı konfransların, seminarların və infoturların keçirilməsi barədə razılıq əldə olunmuş, həmçinin birbaşa Bakı–Trabzon avia xəttinin mövcudluğu və uçuş sayının artırılmasının iki ölkə arasında sağlamlıq və turizm əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verəcəyi xüsusi olaraq vurğulanmışdır.