Prezident İlham Əliyevin 21 may 2025-ci il tarixində Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə verdiyi açıqlamalarda da bu strateji baxış öz əksini tapdı. Bildirildi ki, Azərbaycanın Xəzər dənizindəki ticarət donanması türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır. Bu donanma yalnız malların daşınması ilə kifayətlənmir, həm də regional ticarətin rəqabətqabiliyyətliliyini artırır, nəqliyyat marşrutlarının şaxələndirilməsinə töhfə verir.
Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəminin inşası ölkənin nəqliyyat infrastrukturunun davamlı inkişafını və Xəzər regionunda lider mövqeyinin möhkəmləndiyini göstərir. Bu addımlar Orta Dəhlizin dayanıqlı şəkildə fəaliyyətini təmin edir, türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradır.
Bununla yanaşı, vahid rəqəmsal platformanın yaradılması və Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 25 milyon tona çatdırılması istiqamətində görülən işlər Azərbaycanın logistik imkanlarını daha da artıracaqdır.
Nəticə etibarı ilə, Azərbaycan Xəzər dənizi üzərindən türk dövlətlərini Avropa və Asiya ilə birləşdirən strateji nəqliyyat qovşağına çevrilməkdədir. Bu yalnız iqtisadi deyil, eyni zamanda siyasi və mədəni inteqrasiyanın da dərinləşməsinə xidmət edir. Türk dünyasının birliyi yolunda atılan bu addımlar Azərbaycanın liderlik rolunu daha da gücləndirir.
Rəvanə Kərimova, Nəsimi Rayon gənci
Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir ki

Azərbaycanın son illərdə nəqliyyat və logistika sektoruna yönəltdiyi strateji sərmayələr ölkənin regiondakı mövqeyini gücləndirərək, onu türk dövlətləri üçün əvəzolunmaz tranzit mərkəzinə çevirib. Xəzər dənizində 50-dən çox ticarət gəmisinə malik olan Azərbaycan, quruya çıxışı olmayan bir ölkə kimi, dəniz nəqliyyatı imkanlarını maksimum səviyyədə inkişaf etdirərək, türk dünyasının birləşdirici halqasına çevrilib.