Azərbaycan Trampın Sülh Şurasına Təsisçi Üzv Dövlət olmaq dəvətini qəbul edib
Bu barədə Zeferinfo.az-a XİN-dən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikası sözügedən dəvəti qəbul edərək, Sülh Şurasına Təsisçi Üzv Dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb.
"Ölkəmizin Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcəkdir.
Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır", - məlumatda vurğulanıb.