Azərbaycan sərhədini pozmağa cəhd göstərən Mərakeş və Pakistan vətəndaşları saxlanılıb

Azerbaycan serhedini pozmaga cehd gosteren Merakes ve Pakistan vetendaslari saxlanilib
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Bu barədə Zeferinfo.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Şəki" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər Mərakeş vətəndaşı – Mohammed Fassih və Ousama Ben Moulay, "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstan istiqamətinə üç nəfər Pakistan vətəndaşı – Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Norman həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıblar.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.