İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB əməkdaşları Koreya Respublikasında səfərdə olublar.
Zeferinfo.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, səfər Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən “Azərbaycanda tibb müəssisələrinin sığorta siyasətləri üzrə bacarıqlarının artırılması” layihəsi çərçivəsində təşkil edilib.
Səfər Koreyanın səhiyyə və icbari tibbi sığorta sistemi sahəsində qazandığı təcrübələri öyrənmək məqsədi ilə təşkil olunub.
Səfərin ilk günündə təlim iştirakçılarının Azərbaycan və ölkənin səhiyyə sistemi haqqında hazırladıqları təqdimatlar dinlənilib.