Azərbaycan Rusiya ilə Xəzərdəki ekoloji problemlərin həllini müzakirə edib

Azerbaycan Rusiya ile Xezerdeki ekoloji problemlerin hellini muzakire edib

Azərbaycan və Rusiya arasında Xəzər dənizindəki ekoloji problemlərin həlli ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Zeferinfo.az  xəbər verir ki, bu müzakirələr COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Rusiyanın Su Ehtiyatları Agentliyinin sədri Dmitriy Kirillov arasında keçirilən yüksək səviyyəli ikitərəfli görüşdə aparılıb.

Görüşdə qlobal iqlim dəyişikliklərinin təsirləri, transsərhəd su ehtiyatlarının idarə olunmasında tərəfdaşlığın vacibliyi qeyd edilib.

Tərəflər regional əməkdaşlığın gücləndirilməsi, innovativ həllərin inkişafı, birgə su ehtiyatlarının davamlı istifadəsini və qorunmasını təmin etmək üçün bilik mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Bu görüş, hər iki ölkənin davamlı su idarəçiliyini inkişaf etdirmək öhdəliyini bir daha nümayiş etdirir.