Azərbaycan Qazaxıstanla nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib

Azerbaycan Qazaxistanla neqliyyat sahesinde emekdasligi muzakire edib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Prezidentinin müşaviri Asel Janasova və "Qazaxıstan Dəmir Yolları" Milli Şirkətinin İdarə heyətinin sədri Talqat Aldıbergenov ilə görüşüb.

Bu barədə Zeferinfo.az-a Nazirlikdən bildirilib.

Görüşdə avtomobil nəqliyyatı ilə yükdaşımalar, aviadaşımalar, gəmiqayırma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin Orta Dəhlizin inkişafı, limanların və logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi aparılıb.